![]() |
![]() |
|
| آذربایجان یئنی ادبیات درگیسی/AZƏRBAYCAN YENİ ƏDƏBİYYAT DƏRGİSİ |
|
يئني نسيل، يئني ايز( 1 ) قرافیست مهيار عليزاده (آيخان) دانيشيغي آپاران: محمود مهدوي منجه کیمسه طراحین الینی آچیق قویماقلا ضرر ائلمز
آذياز: هر ندن اؤنجه مهيار عليزادهيله آپارديغيم دانيشيقدا بوردا آدلاري يازيلان مهيار عليزاده چكدييي كيتابلارين جيلد طرحيله ايچيندهكيلريندن سورغولاريمي حاضيرلاميشام: 1ـ باش چيخاران اؤلوم 2ـ گون آيدين نيفرت 3ـ قيزيل موجاهيدلر 4ـ گؤي اوزو داش ساخلاماز 5ـ ساواش 6ـ قوردلار 7ـ قورشون هاردان آچيلدي 8ـ دونيادان قادين اييسي گلير 9ـ ياساق سؤزجويوم 10ـ اؤپ اؤلومونو 11ـ لاپ او اوزاقلاردا آردی |
|
+ یازیلدی
2008/8/12ساعات 0:34 یازارلار قروپو |
|
|
|
|
+ یازیلدی
2008/8/4ساعات 15:11 یازارلار قروپو |
|
|
آلما ادبی بدیعی و اجتماعی قزئتی نین ۱۶ İyl دا سعید موغانلی ایله چاغداش آذربایجان ادبیاتی حاقدا آپاردیغی موصاحیبه دن بیر بوءلوم:
Güneydə modern və postmodern ədəbiyyat bütün gücü ilə öndədirGüney Azərbaycanda nəşr olunan “Yaşmaq” dərgisinin baş redaktoru Səid Muğanlı ilə söhbət - Səid bəy, öncə özünüzü Qüzey oxucularına tanıdardınız.
- Olur, bunsuz olmaz ki?!. Orada da yaşlı nəsillə yeni nəsil arasında estetik mübahisələr, bir-birini bəyənməməzlik, bir-birini qəbuletməzlik var, amma daha Qüzeydəki kimi gərgin deyil. Güneyin yaşlı ədəbi nəsli hələ də kənd təsvirləri üzərində çabalayır, bir xeyli əyalətçidirlər, bu da onlarla yeni yaradıcı qüvvələr arasında bir narazılığa səbəb olur. Siz müşahidə etdiyim qədəri ilə, ədəbiyyatdakı “qocalar”a nifrət edirsiniz, amma bizdə nifrət yoxdur, sadəcə, sevmirlər. Hətta mən oxuyuram, siz özünüz də bizim Güneydə əsərlərini sevdiyimiz, çap etdiyimiz adamları da yıxıb-sürüyürsünüz. Mən buna təbii baxıram, ədəbiyyatın inkişafı belə estetik toqquşmalardan çox asılıdır. Güneydə gənclər yaşlı ədəbi nəsildən Şəhriyar və Səhəndi çıxmaq şərti ilə, hamısının üstünə gedirlər, amma Şəhriyar və Səhəndə bir rəğbət var. Bəzən Şəhriyarın da adını dilinə alanlar olur, amma deyirik ki çox dərinə getməyin, bizim danışdığımız, yazdığımız bu dilin formalaşması onun xidmətidir. - Güney ədəbiyyatında Şəhriyar və Səhənd bir cığır açdılar, amma onu modernləşdirə bilmədilər. Sonra Sahir meydana çıxdı və Güney şeirində müasirləşmə meyli qüvvətlənməyə başladı. Doğrudu, Sahir şeirin formasında yeniləşmə aparsa da, amma düşüncə bir o qədər də müasir olmağı bacarmadı. Sonra Əlirza Oqtay meydana çıxdı və kommunist olmasına baxmayaraq, Güney şeirində həm forma, həm məzmunca daha da modernləşməni gücləndirdi. Adını çəkdiklərim Pəhləvi dövründə yaşayıb-yaradıblar. Beləcə, Güney Azərbaycan poeziyasında modernləşmə dönməz bir prosesə çevrildi və Səhər xanımın gəlişi ilə bu proses özünün pik nöqtəsinə çatdı. Səhər xanım Güney şeirini doğrudan da, ölümdən qurtardı, poeziyada əyalətçi düşüncəni tamamilə arxaya atdı. Əziz Salami, Süleymanoğlu kimi şairlərin gəlişi ilə Güney şeirində yeni bir nəfəs açıldı və bu gün bizim gənc yaradıcı nəsil də sonuncu adını çəkdiklərimdən etkilənib tamamilə Qərbyönümlü şeir xətti tutdular. Hətta artıq milli şeirlərdə də Qərb estetik əhval-ruhiyyəsi aydın duyulur. Yəni Güneydə modern və postmodern ədəbiyyat bütün gücü ilə öndədir. Amma biz keçmişdən də qəfil, birdəfəlik qopmaq fikrində deyilik, onlara da sayğı ilə yanaşırıq. - Məsələn, Duman Ərdəm var, onun şeirlərini çap edəndən sonra bəzi yaşlı şair-yazıçılar mənə zəng eləyib deyirlər ki, “bu nədir, niyə çap edirsiniz?” Onları da qıcıqlandıran Dumanın şeirlərində seksual azadlığın olmasıdır, bu da İranda qadağandır. Yaşlı nəsili də çox qıcıqlandırır. Və yaxud Məmmədrza Ləvayi var. Gənc nəslin ən aparıcı yazarlarındandır. Aydın Araz, Hadi Qaraçay var, hərəsi fərqli cərəyanlara məxsus olsa da, Güney şeirinin yeni sifətləridir. Onları da Qüzeydə tanıtmaq, çap etmək sizin üzərinizə düşür. - İstəyirəm Qüzey yazıçılarının hekayələrindən ibarət bir toplu buraxaq, özü də ən cavan nəsil yazıçılarının hekayələri olsun. Sonra sizin gənc xanım şairlərin, - Nərmin Kamal, Sevinc Pərvanə, Günel Mövlud və başqaları, - şeirlərindən bir toplu buraxmaq niyyətindəyik. Qurban Səidin “Əli və Nino” romanını, - klassik əsər olsa da son illər Azərbaycanda çox sevildiyini və dünyada da maraqla qarşılandığını bilirəm, - artıq mətbəəyə verib gəlmişəm, yəqin ki, Tehrana qayıdanda artıq işıq üzü görmüş olacaq. Bir sözlə, işlər çoxdur və yavaş-yavaş da öhdəsindən gələcəyimizi düşünürəm. Aynur Zeynallı |
|
+ یازیلدی
2008/8/2ساعات 18:32 یازارلار قروپو |
|
|
بو شعر علي تبريزليدن تورك دونياسينا آلديغيم باخيشدير، اونون اولو روحونا پاي اولسون... آديم هيجاندير، آديم آذربايجاندير
آديم، تبريزين دَميرآشيغينين پاسلي دوداغيندادير مصلّيدا يانديريلان ساز چاناغيندا ببك ده منم، بئيرك ده منم قانلي بايراقلي بابك ده منم ددهم قورقودون قوپوزلو ديلي آديم تومروسون قانلي الیدير آت اوستو ياشايان آتيلايام دؤيوشده قاراقاشقا، قيرآت، بوزآتيلايام دونياني ايكييه بؤلن بير اوخام ياني؛ اوختايام دَلي كورم، قالاباليغام آرازام ياني؛ قاراباليغام گؤيده سس گلسه موسلوم ماقومايئوين گوموشو سسي
آردی |
|
+ یازیلدی
2008/8/2ساعات 16:50 یازارلار قروپو |
|
|
قوردلار و قارانقوشلار ان سئودیییم اینسانلار . . . س.م این روزها با هرکه دوست می شوم احساس میکنم آنقدر دوست بوده ایم که دیگر وقت خیانت کردن است نصرت رحمانی يورولموشام اي دوست لوطفن رحيمه ني سن ده سئو . . . ائلوار
ياشماق سيرا كيتابلاريندان يئني كيتابلار:
۱. داغداغان (حيكايه و ساتيرا توپلوسو) ع.م آغداشلي
۲. گؤي گؤزلو تانري (شعر توپلوسو) مليحه عزيزپور
۳. تالواسالي گونلر (شعر ثوپلوسو) غفور تقي اوغلو
۴. بالتالاردان لئيلك لره (شعر توپلوسو) آتيلا كيشي زاده "ايكينجي چاپ"
گونش درگيسي نشر ائتميشدير:
۱. قارانقوشلار (بررسي جنبش روشنفكري چپ آذربايجان در سالهاي ۴۰ و ۵۰) حاضيرلايانلار: سعيد موغانلي، عليرضا امين، مهدي پناهي
۲. سانكي اولدوزلار الندي (سهنديه موسيقي نتلاريندا) يازار: حسن دميرچي - حاضيرلايان: سعيد موغانلي - يايينلايان: ستارخان مدنيت اوجاغي ياييم مركزي: آذربايجان موسيقي آموزشگاهي - تبريز
۳. آرازام كوره بندم (ستار گول محمدي نين شعر دونياسيندان...) حاضيرلايانلار: سعيد موغانلي، ائل اوغلو، اوختاي قاراداغلي ...
|
|
+ یازیلدی
2008/8/2ساعات 15:58 یازارلار قروپو |
|
|
بیرینجی صحیفه آرشیو |
| بیزیم وبلاق |
«یاشماق» آذربایجان یئنی ادبیات درگی سینین وبلاقی
یئنی ادبیات آنلاییشینا دوغرو |
| گوندَلیک باغلانتی لار |
|
G O Z L A R I A Y D I N گوندلیک باغلانتی لار آرشیوی |
|
RSS
|